Miri Yusif onu “oğru” adlandıranlara cavab verdi - VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusif onu “oğru” adlandıranlara cavab verdi - VİDEO

Miri Yusif “Bağışla” mahnısını icazəsiz oxuduğuna görə Funda Ararı məhkəməyə verməkdə iddialıdır.

Publika.az xəbər verir ki, bu barədə müğənninin mətbuat katibi Səriyyə Abuzərli açıqlama verib. Onun sözlərinə görə, ortaya çıxan video məsuliyyətdən qaçmaq üçün planlaşdırılıb:

“Videoda yer alan ittihamların bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bizim davamız ancaq Funda Ararladır. O, sözləri və musiqisi Miri Yusifə aid olan mahnını icazəsiz oxuyub. Bu addımı isə Türkiyə tərəfinin məsuliyyətdən qaçmaq üçün planlaşdırdığı bir addım kimi qəbul edirik. Hazırda vəkilimiz də İstanbulda bununla bağlı məhkəmə işinə başlayıb”.

Mətbuat katibi nəinki Türkiyədə, hətta Azərbaycanda da məhkəməyə müraciət edəcəklərini söyləyib. Belə ki, Miri Yusif Azərbaycan məhkəməsindən bu gün yayılan videoda dələduzluq faktının araşdırılmasını tələb edəcək:

“O şəxsin videoda söylədiyi ittihamlarda dələduzluq faktı var. Həmin fakt hazırda araşdırılır. Bununla bağlı da Azərbaycanda məhkəməyə müraciət edəcəyik və bizə qarşı irəli sürülən ittihamlara və haqsızlıqlara məhkəmədə cavab verəcəyik. Bunun üçün kifayət qədər də sübutlarımız var”.

Xatırladaq ki, türkiyəli müğənni Funda Arar ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını icazə almadan oxumuş və mahnıya klip çəkdirmişdi. Miri Yusif mahnının müəllifi olduğunu və adının klipdə qeyd olunmadığını əsas gətirərək müğənnini məhkəməyə vermişdi. MC Murad isə bu gün yayılan videoda Funda Ararın səsləndirdiyi “Bağışla” mahnısının müəllifinin özü olduğunu iddia edir. Türkiyəli ifaçı F.Arar isə bəstəyə görə məhz MC Muraddan icazə aldığını söyləyib.

Publika.az mübahisəli mahnını hər iki müğənninin ifasında təqdim edir

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm