Xuraman: “İstəyirəm o, məhv olsun”
Bizi izləyin

Magazin1

Xuraman: “İstəyirəm o, məhv olsun”

Aktrisa Xuraman Əlizadə gülüb-güldürməkdə uğur qazandığı kimi, nifərt etməyi də bacarır. Publika.az xəbər verir ki, aktrisa ATV telekanalına açıqlamasında onu narahat edən kinindən danışıb. Aktrisa deyib ki, ona pislik edənlərin məhv olmasını istəyir.

“Kimisə çox sevə bilərəm. Amma bir saniyədə həmin adama nifrət də edərəm. O adamı silərəm. Çox yaxın olduğum bir insan mənə tələ qurarsa, depressiyaya düşürəm. Nifrət edirəm, istəyirəm o məhv olsun”.

Aktrisa etiraf edib ki, nifrəti artdıqca, saçları ağarmağa başlayır.

“Nifrət etdikcə, saçlarım ağarır. Son bir ildə çox zərbələr aldım. Yaxın adamlarım mənə elə hərəkətlər etdi ki... Saçlarım ağarır, ürəyimdə problemlər yaranıb. Sol tərəfim üstə yata bilmirəm. Sıxılıram. Səhər oyananda yadıma ancaq mənə pislik edənlər düşür. Bütün günümü o adamlarla bağlayıram. Pisliyi çətin unuduram”.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm