Azərbaycanlı pianoçunun konserti keçirilib
Bizi izləyin

Magazin1

Azərbaycanlı pianoçunun konserti keçirilib

Azərbaycanlı pianoçu və caz ifaçısı İsfar Sarabskinin konserti keçirilib.

Publika.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi konsertdə cazmen improvizə olunmuş musiqilərini ifa edib.

İsfar ritmik hissəyə keçməzdən əvvəl, çıxışını “Dejavu” əsərinə incə, rapsodiya tərzli girişlə başlayıb.

Demək olar ki, caz kompozisiyalarını tamamilə özü tərtib edən İsfar bundan sonra rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” əsərindən parçalardan ibarət variasiyalarına düşüncəli və mistik giriş edib.

İntrospektiv “Prelude” kompozisiyası auditoriyanı tam sükut içində saxlamağa imkan yaradıb. Bu əhval-ruhiyyə Novikovun girişi ilə başlayan “Transit to New York” kompozisiyasının ifası zamanı da davam edib. Daha sonra İsfar kompozisiyanı şən tempə keçirib və səhnəni innovativ və inandırıcı solo ifa edən barabançı Korri Dikə verib.

Muğam təsiri altında yaranan Edge” kompozisiyasında İsfar hipnotik ritmdən istifadə edərək caz, klassik və milli Azərbaycan musiqisinin təsirindən formalaşmış unikal üslubunu nümayiş etdrib.

Caz gecəsi İsfarın ən məşhur kompozisiyalarından biri “G Man” adlı əsərin ifası ilə başa çatıb.

Məlumat üçün qeyd edək ki, Londonun “Ronnie Scott’s” klubunda çıxış edən azərbaycanlı cazmen burada Azərbaycan caz musiqisinin incəliklərini təbliğ edir.

Londonun “Ronnie Scott’s” Caz klubu Avropanın ən məşhur klublarından biridir. 1959-cu ildə məşhur britaniyalı saksofonçu cazmen Roni Scots tərəfindən yaradılan klub 60 ildən çoxdur ki, dünyanın aparıcı caz ifaçılarının üzünə açıqdır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm