Aygün Kazımova “Fəlakət”i klipinə niyə çəkmir? - SƏBƏB
Bizi izləyin

Magazin1

Aygün Kazımova “Fəlakət”i klipinə niyə çəkmir? - SƏBƏB

“Nə klip çəkdirirəm, nə də Fəlakəti o klipə çəkirəm. Biz Elşənlə tamam başqa bir layihədə birlikdəyik”.

Bunu xalq artisti Aygün Kazımova Publika.az-a Elşən Orucovu , yəni “Bozbaş Pictures”in Fəlakətini “Bir parça keks” mahnısının klipinə çəkdiyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Bir parça keks” mahnısının klipinə gəlincə:

“Klip olacaq. Amma hazırda klipə ayıracaq vaxtım və zamanım yoxdur. Konsertimi uğurla yola verim. Sonra bu haqda düşünəcəyəm. Hələ ki, sevənlərimi konsertimə dəvət edirəm. Bilirsiniz ki, avqustun 21-də konsertim var. Uzun zamandır həmin konsertə hazırlaşıram. Komanda olaraq bir dəqiqə də boş vaxtımız yoxdur. Konsertdə məni Türkiyədən və Azərbaycandan rəqs qrupu müşayiət edəcək. Bunun üçün 10 gün İstanbulda oldum. Orada rəqqaslarla sinxron məşqlər edirdim. Həmin vaxtda Bakıda da işlər gedirdi. İndi vətənimdəyəm və həmin konsertə hazırlıq məşqləri gedir”.

Publika.az-ın əldə etdiyi məlumata görə Aygün Kazımova və Elşən Orucov gənc müğənni Boris Bayramovun “Aromatik” klipində rol alıb. Klipdə Aygünlə Elçindən başqa Yaşar Cəlilov, Günay İbrahimli, Aşıq Əli, Samir Bayramov, Təranə Səmədova və digər məşhurlara da yer verilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm