• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramaldan yeni mahnı və FOTOSESSİYA

  • Magazin1
  • 14 Avqust 2015 16:15
  • 587 Baxış
Ramaldan yeni mahnı və FOTOSESSİYA

Gələn həftədən başlayaraq müğənni Ramal İsrafilovun yeni mahnısı radiolarda səslənəcək.

Publika.az-a açıqlama verən müğənni özü bu barədə məlumat verib. Onun sözlərinə görə, “Gözlə məni” adlananan yeni mahnısına tezliklə klip də çəkdirəcək:

“Mahnı birinci gündən etibarən radio dalğalarda səslənməyə başlayacaq. “Gözlə məni” mahnısının musiqisi Rəşad Bağırova, sözləri isə Leyli Erola məxsusdur. İnanıram ki, bu mahnım da qısa zamanda seviləcək. Mahnıya artıq klip çəkdirmək barədə düşünürəm”.

Prodüser Toma ilə iş birliyinə başlayan müğənni yeni fotosessiyasını təqdim edib. Müəllifi türkiyəli fotoqraf Cihan Deveci olan fotosessiya üçün müğənni 5 fərqli geyimdən istifadə edib.

Publika.az həmin fotosessiyanı təqdim edir:

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR