“Aygün Kazımovadan böyük həzz aldım...”
Bizi izləyin

Magazin1

“Aygün Kazımovadan böyük həzz aldım...”

Xalq artisti Aygün Kazımovanın repertuarından “Düşün Məni” mahnısı bundan sonra türkiyəli müğənni Damla Koçun ifasında da səsləndiriləcək.

Publika.az-ın məlumatına görə, türk ifaçı özü bu barədə "Instagram" səhifəsində yazıb. Belə ki, pop star Aygün Kazımovanın fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:

“Sevgili Aygün Kazımovadan dinləyərkən inanılmaz həzz aldığım, mahnını oxuyarkən yaşadığım tərifsiz xoşbəxtliyi yeni bir həyacanla Azeri və Türk dinləyicilərin ixtiyarına buraxmaqdan böyük qürur duyuram. Bütün azəri qardaşlarımı hörmət və ehtiramla salamlayıram”.

Qeyd edək ki, “Düşün məni” mahnısını Aygün Kazımova 2011-ci ildə ifa edib. Mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aiddir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm