Məşhur teleaparıcı Zemfira Adıgözəlova: “Bu obrazımı məhv etmək istəmirəm”
Bizi izləyin

Magazin1

Məşhur teleaparıcı Zemfira Adıgözəlova: “Bu obrazımı məhv etmək istəmirəm”

Məşhur teleaparıcı Zemfira Adıgözəlova indi də özünü aktrisa kimi sınaqdan çıxaracaq.

Publika.az xəbər verir ki, yeni mövsümdə o, ATV-də yayımlanan ən baxımlı teleseriallardan biri olan "Eks Bacanaqlar"da tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə məlumatı təsdiqləyən teleaparıcının sözlərinə görə yeni obrazı onun indiyədək formalaşdırdığı imicinə xələl gətirməyəcək:

“Təklif mənə gələndə ilk olaraq obraz barədə düşündüm. Çünki mənim konkret olaraq imicim var. Bu obrazımı məhv etmək istəmirəm. Yaradıcı kollektivlə görüşdüm. Çox peşəkar insanlardır. Belə komanda ilə çalışmaq çox asandır. Obrazım da mənim imicimə uyğun olduğundan məmnuniyyətlə razılaşdım. Serialın detallarını açıqlamaq istəmirəm. Bu sürpriz olmalıdır. Ona görə də gözləməyə dəyər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm