Reper Fats yeni klipini təqdim edib
Bizi izləyin

Magazin1

Reper Fats yeni klipini təqdim edib

Reper Fats (Mahmud Əliyev - red.) "Su" adlı yeni repini təqdim edib.

Bu barədə reper özü Publika.az-a açıqlama verib. Onun sözlərinə görə, təkcə mahnının yox, klipin də ərsəyə gəlməsi öz əməyinin nəticəsidir.


"Reperlər şou biznes nümayəndələrindən fərqli olaraq bir qədər arxa plandadır. Biz göz önündə olmağı sevmirik. İşimizi görüb onu dinləyicilərə təqdim edib, kənara çəkilirik. Bu da yay ayında təqdim etdiyim ilk ekran işidir. Repin sözlərinin müəllifi özüməm. Bununla yanaşı klipin rejissor və montajı da mənə aiddir. İnanıram ki, həm rep, həm də ekran işi dinləyicilərin ürəyincə olacaq".

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm