Dünya şöhrətli aktyorun nəvəsini qətlə yetirdilər - FOTO
Bizi izləyin

Magazin1

Dünya şöhrətli aktyorun nəvəsini qətlə yetirdilər - FOTO

Amerikalı məşhur aktyor Morqan Frimenin birinci izdivacından olan nəvəsi qətlə yetirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla bazar günü gecə saatlarında baş verib. Polis 33 yaşlı İ’Den Haynsın Nyu-York küçələrinin birində sevgilisi tərəfindən bıçaqlandığını açıqlayıb. Qız xəstəxanaya çatdırılsa da, o, qan itkisindən keçinib.

Polis hadisə yerinə çatarkən can verən İ’Den Haynsın yanında 30 yaşlı sevgilisini aşkar edib. Lamar Davenport şübhəli şəxs kimi saxlanılıb. Şahidlərin sözlərinə görə, kişi İsa peyğəmbərin doğulduğunu qışqırıb. Bu zaman qadın çığırtıları eşidilməyə başlanıb. Digər bir şahid isə deyib: “O, “Rədd olun, itlər” deyərək qışqırdı. Sonra isə “Sizi İsa Məsih adından lənətləyirəm, itilin” dedi”. Onların sözlərinə əsasən, əraziyə polis gələnə qədər Lamar hələ də 78 yaşlı aktyorun nəvəsini bıçaqlamaqda davam edib.

Lamar Davenport məhkəmə-psixiatrik tədqiqat xəstəxanasına aparılıb.

İ’Den Hayns aktyorluq sənətini oxuyub. O, aktrisa və yazıçı kimi çalışıb.

“Dünya heç zaman onun aktyorluq və istedad haqda bilməyəcək. O, çox gözəl insan idi və hər zaman qəlbimizdə yaşayacaq”, - Morqan Frimen bu itkiyə öz fikirlərini bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm