• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Habil Əliyevin səhhətində son durum: “Ağırdır”

  • Magazin1
  • 18 Avqust 2015 12:45
  • 1 409 Baxış
Habil Əliyevin səhhətində son durum: “Ağırdır”

Bu gün Mərkəzi Kliniki Xəstəxanada xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti ilə bağlı reanimatoloq Səbinə Qasımova mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, o, xalq artistinin vəziyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, Habil Əliyevin səhhəti müsbətə doğru getsə də, hələki, ağır olaraq qalır:

“Vəziyyəti sabitdir, huşu aydındır. Baş verənlərə reaksiya verir və zond vasitəsilə qidalandırılır. Bu gün Türkiyədən dəvət olunmuş həkim Habil Əliyevi müayinə etdi və bildirdi ki, müalicə düzgün aparılır və bu qaydada da davam etməlidir”.

Qeyd edək ki, xəstənin müalicə üçün xarici ölkəyə aparılması məqsəduyğun sayılmayıb. Bunu türkiyəli həkim də belə məsləhət görüb. Səbinə Qasımova onu da bildirib ki, xalq artistinin vəziyyəti ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətindədir:

“Biz vaxtaşırı olaraq onları Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırırıq.

Publika.az-ın “Xalq artisti nə vaxt süni nəfəs aparatından ayrılıb əvvəlki vəziyyətə qayıdacaq” - sualına Səbinə Qasımava belə cavab verib:

“Yaşını nəzərə alsaq, konkret fikir söyləmək mümkün deyil. Bu müalicənin gedişi prosesində bəlli olacaq. Ümid edirik ki, xəstənin vəziyyəti yaxşıya doğru dəyişəcək və sənətkarımız ayağa qalxacaq”.

Cəvahir Səlimqızı

Foro Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR