Qızına xınayaxdı edən Elza: “Qudamın qarşısında şərt…”
Bizi izləyin

Magazin1

Qızına xınayaxdı edən Elza: “Qudamın qarşısında şərt…”

Ekstravaqant sənətçi, əməkdar artist Elza Seyidcahanın evində bu gecə çal-çağır olacaq. Sənətçi qızı Gülşənə xınayaxdı mərasimi düzənləyəcək.

Sevincini Publika.az-la bölüşən Elza həyəcanını gizlətməyib:

“Ayın 24-ü toydur, bu gün də el adəti ilə xınayaxdı mərasimi olacaq. Çox həyəcanlıyam, bircə qızımı sağ-salamat ər ocağına köçürsəm, dərdim olmaz”.

Maraqlıdır, görəsən, toydan sonra sənətçinin qızı qaynanasıgildə yaşayacaq, yoxsa, ayrıca evi olacaq?

Elza hələ ki, qudasıgilin bu barədə qərar vermədiyini deyib:

“Əsas oğlanın ailəsidir, onlar necə istəsə, elə də olacaq. Mən onların qarşısında şərt qoya bilmərəm. Qızım da ağıllı, sözəbaxan gəlinlərdən olacaq, həmişə başımı uca edəcək”.

Qeyd edək ki, Elzanın qızı Elxan adlı fotoqrafla ailə qurur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm