Habil Əliyevin qızı əsəbiləşdi: "Atamla bağlı..."
Bizi izləyin

Magazin1

Habil Əliyevin qızı əsəbiləşdi: "Atamla bağlı..."

Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və vəziyyəti sabit ağır olaraq qiymətləndirilən xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində müsbət irəliləyiş yoxdur.

Bu barədə Publika.az-a Habil Əliyevin qızı Vəfa xanım məlumat verib:

“İndicə atamın yanında idim, hələ huşu tam aydın deyil. Sabit qalsa da, vəziyyəti hələ də ağırdır. Həkimlər onu süni nəfəs aparatından ayırmaq barədə düşünsələr də, bunun pis nəticə verəcəyindən ehtiyatlanırlar. Lakin telekanallarda süni nəfəs aparatından ayrılması, danışması, hətta dirsəklənmək istəməsi barədə xəbərlər verilir. Bu, yanlış informasiyadır. Reanimasiyada ağır vəziyyətdə olan xəstə bunu edə bilməz axı. Sadəcə şişirdirlər. İstəməzdim belə ajiotaj yaradılsın”.

Qeyd edək ki, xalq artistinin vəziyyəti ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətindədir. Onlar hər gün Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırılır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm