Sehrli çubuğu olan Maestro... - VİDEO
Bizi izləyin

Magazin1

Sehrli çubuğu olan Maestro... - VİDEO

Onu “sehrli çubuğu olan Maestro Niyazi” kimi tanıyırdılar. Bu çubuq onu nəinki Azərbaycanda, bütün dünyada məşhur eləmişdi. Onda olan qeyri-adi bacarıq insanları elə heyrətləndirirdi ki, bu möcüzəvi çubuğu daha yaxından görmək üçün onun ətrafına yığılırdılar.

Bu gün onun- milli musiqimizdə iz qoyan dünyaşöhrətli musiqiçi, SSRİ xalq artisti Niyazinin doğum günüdür.

Tanınmış bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açdığından mayestro hələ kiçik yaşlarından ətrafında məşhur xanəndələr görürdü. Bu da onun gələcəyinə, istedadının inkişafına təsir etməyə bilməzdi. Elə bu təsir nəticəsində formalaşan maraq onu Bakı Musiqi Texnikumuna aparıb. Sonradan təhsilini davam etdirmək üçün Moskva və Leninqrad şəhərlərinə üz tutub.

Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. Uzun müddət teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən isə Filarmoniyanın direktoru vəzifəsində çalışıb.

O “Çitra” baletinə görə Hindistanda Beynəlxalq C.Nehru mükafatına layiq görülüb.

Qeyd edək ki, dahi musiqiçinin ölümü də doğulduğu aya təsadüf edib. Belə ki, 1912-ci il avqustun 20-də Tbilisi şəhərində doğulan sənətkar 1984-cü il avqustun 2-də Bakıda gözlərini əbədi olaraq yumub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm