Amaliya Pənahovanı təəssüfləndirən SƏBƏB: “Çox heyif...”
Bizi izləyin

Magazin1

Amaliya Pənahovanı təəssüfləndirən SƏBƏB: “Çox heyif...”

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova kinoya olan güclü sevgisindən danışaraq nostalji hisslərə qapılıb.

Fikirlərini Publika.az-la bölüşən aktrisa vaxtilə daha cox filmə cəkilə biləcəyini, amma bunun alınmadığını deyib:

“Mən bu sənətə teatr səhnəsindən gəlmişəm. Amma həmişə də deyirəm ki, kino mənim əbədi məhəbbətimdir. Bəzən geriyə boylananda görürəm ki, ilk gənclik illərimdə çox filmlərə çəkilə bilərdim, amma heyif, çəkilmədim. Bunun da obyektiv və subyektiv səbəbləri olub. Elə filmlər olub ki, orda özümü təsdiqləyə bilərdim. Amma sonradan bir neçə tarixi və muasir filmlərdə rol aldım. Elə aktrisa var ki, ömrü boyu teatrda oynayıb, amma bir dənə də olsun filmə çəkilməyib. Ya da əksinə, elə aktrisa da olub ki, həmişə kinoya çəkilib, teatr səhnəsinə çıxmayıb. Mən həm kinoya çəkildim, həm televiziya tamaşasına, həm də filmlərə. Kino şöhrətimin üstünə şöhrət gətirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm