Alman həkimlərdən Zəlimxan Yaquba QƏTİ GÖSTƏRİŞ
Bizi izləyin

Magazin1

Alman həkimlərdən Zəlimxan Yaquba QƏTİ GÖSTƏRİŞ

Xalq şairi Zəlimxan Yaqub Almaniyadan müayinədən qayıdıb.

Səhhəti ilə bağlı ən son məlumatı Publika.az-a şair özü çatdırıb:

“Almaniyada 15 gün müayinə və müalicə olundum. Həikmlər məni təpədən-dırnağa kimi yoxladılar, analizlər götürdülər. Yenə də dedilər ki, böyrək dəyişdirilməsi mümkünsüzdür. Bərk-bərk tapşırdılar ki, özümü gözləyim. Yeməyimə-içməyimə fikir verməliyəm, nə gəldi yemək olmaz. Həkimlər ciddi pəhriz saxlamağı tapşırıblar, bir də təmiz hava. Buna görə də birbaşa Gürcüstana, dədə-baba yurdum Kəpənəkçiyə gəlmişəm. Burda da müntəzəm olaraq, dializ qəbul edirəm”.

Kəpənəkçidə kənd camaatı ilə görüşdüyünü və onlardan güc aldığını deyən şair yeni şeirlər yazdığını da dilə gətirib:

“Bura gəlişimin bir məqsədi də yeni şeirlər yazmaqdır, hamısını Bakıya gələn kimi nəşr etdirəcəyəm. Çalışıram xəstəliyə güc gəlim, mübarizə aparıram. Görək mən qalib çıxacağam, yoxsa xəstəlik? Dünən kənd camaatı ilə görüşdüm, məni ruhlandırdılar, ürək-dirək verdilər. Doğmaların qəbrini ziyarət etdim, özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm