• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəlbi qırılan Məleykə Əsədova: “Geri çəkiləcəkdim, amma...”

  • Magazin1
  • 22 Avqust 2015 17:30
  • 1 674 Baxış
Qəlbi qırılan Məleykə Əsədova: “Geri çəkiləcəkdim, amma...”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova səhnədə qazandığı uğurları alın yazısı hesab edir.

Publika.az-a danışan aktrisa uşaqlıqdan bu sənətə gələcəyinə inandığını deyib:

“Hələ yeddinci sinifdə oxuyanda aktrisa olacağımı qarşıma məqsəd qoymuşdum. İnanırdım ki, bu mənim alın yazımdır. Bilirdim ki, bu işi bacaracağam və insan bacardığı işin ardınca getməlidir. Bu yolda çox çətinliklər yaşadım, amma geri çəkilmədim. Hər uğurumun arxasında qəlbimin qırıldığı məqamlar da oldu. Amma mənə əngəl olmaq istəyən adamlara qarşı susdum, onlara yalnız sənətimlə cavab verdim. Bu sənətdə uğur qazana bilməsəydim, geri çəkiləcəkdim. Amma əksinə oldu, xalq məni sevdi. Bu gün də həmin sevgini qoruyub saxlaya bilmişəm. Bu mənim xəzinəmdir”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR