Dünyanın “ən dəhşətli” evi satışa çıxarıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Dünyanın “ən dəhşətli” evi satışa çıxarıldı - FOTOLAR

Məşhur “Quzuların susması” filminin çəkildiyi ev satılır.

Publika.az xəbər verir ki, 1991-ci ildə qurbanların dəhşətli işgəncələrlə öldürüldüyü bu ev “dəhşət evi” kimi tanınır.

ABŞ-ın Pitsburq şəhəri yaxınlığında yerləşən evin sahibləri Skot və Barbara Lloyd evi 300 min dollara satışa çıxarıblar.

1977-ci ildə nikahları bu evdə kəsilən 63 yaşlı cütlük evdən ayrılmağın bir qədər çətin olacağını bildiriblər.

“Quzuların susqunluğu” filminin çəkildiyi bu ev 3 mərtəbədən ibarətdir. Bağçasında hovuz olan ev 1910-cu ildə inşa olunub və 4 yataq otağından ibarətdir. Evdəki mebel və döşəmə filmin çəkildiyi vaxtda olduğu kimidir. Tək fərq bu evdə yaşayan Bufallo Bill obrazının qaçırdığı qızı saxladığı zirzəmin əslində olmamasıdır.

Qeyd edək ki, Antoni Hopkins, Jode Foster, Ted Levin və s. məşhur aktyorların rol aldığı bu film 7 “Oskar” alıb.

Filmin çəkilişləri bitəndən sonra baş rol aktyorları evdə çəkiliş üçün şərait yaratdıqlarına görə Lloyd ailəsini təşəkkürnamə yazıblar. Ev sahibləri evi alacaq şəxsə həmin təşəkkürnaməni də verəcəklərini bildiriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm