Səməd Səmədov: “Efirə şişman qarınla çıxa bilmərəm”
Bizi izləyin

Magazin1

Səməd Səmədov: “Efirə şişman qarınla çıxa bilmərəm”

Xalq artisti Səməd Səmədov bədən formasını saxlamağın sirlərini açıb.

Publika.az-a danışan müğənni ideal bədən ölçüsünə nail olmasa da, çəkisinin artmaması üçün mübarizə apardığını deyib:

“Mən müğənniyəm və efirə, toy məclislərinə gedirəm, insanların qarşısına şişman qarınla çıxa bilmərəm. Ona görə də həmişə özümə fikir verirəm. Mütləq hər gün bağdan çıxıb velosipedlə dəniz sahilinə gedirəm. Velosiped sürmək sağlamlıq üçün olduqca faydalıdır, bunu həkimlər də təsdiqləyə bilər. İstər kişi olsun, istərsə də qadın, peşəsindən asılı olmayaraq, bədənini formada saxlamalıdır. Fikir vermisinizsə, hər birimiz çəkisi artıq olan adamları görəndə dönüb mütləq özümüzə baxırıq. İdeal çəki həm də qurban tələb edir. Kişilərə məsləhət göərərdim ki, mənim kimi velosiped sürsünlər.”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm