Lalə Məmmədovadan keçmiş ərinə barışıq ismarışı
Bizi izləyin

Magazin1

Lalə Məmmədovadan keçmiş ərinə barışıq ismarışı

Müğənni Lalə Məmmədova peşimançılıq duyğusu yaşayır.

Publika.az xəbər verir ki, deyəsən, Lalə həyat yoldaşı ilə ayrıldığına peşiman olub. Sənətçinin öz “İnstagram” səhifəsindəki paylaşımı belə deməyə əsas verir:

“İnsanın nə üçün yaşaması gərəkdiyini çox gec öyrəndim. Hər şeyə gecikdim - dostluğa, sədaqətə, sevgiyə. İnsanın ən böyük sərvətinin sevgi olduğunu çox gec başa düşdüm. Siz də mənim kimi gecikməyin, bir baxın özünüzə. Həqiqətənmi yaşayıram? - deyib soruşun özünüzdən. Mən cavabı bilirəm, “xeyr” deyəcəksiniz. Onda elə bu gündən başlayın. Yaşamalı olduğunuz o qədər an var ki… Çox asan əl çəkirik hər şeydən. Hamımız gecikirik yaşamağa. Çox şeyi təxirə salırıq- sevdiklərimizi, dostlarımızı, ailəmizi. Sabaha, o biri günə qoyuruq demək istədiklərimizi. Amma unuduruq. Bəlkə də sabah yoxdur, bəlkə də o biri gün heç vaxt olmayacaq. Çünki həyat çox qısa, həm də çox”.

Duyğu dolu bu yazının ardından isə bunları əlavə edib: “Çox bəyəndiyim, müəllifini bilmədiyim yazını istədim siz də oxuyasınız. Gözdən qaçırdığınız nələrəsə gec qalmayasınız deyə...”

Yoxsa, bu sözlər Lalə Məmmədovanın keçmiş həyat yoldaşına barışıq mesajıdır?

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm