Aşıq Əlini özündən çıxartdılar
Bizi izləyin

Magazin1

Aşıq Əlini özündən çıxartdılar

Şirvan aşıq məktəbinin davamçısı Aşıq Əli qəzəblənib.

Maqazin verilişləri və şou proqramların daimi iştirakçısı olmasına baxmayaraq, sənətçi özünün şou-biznesə aid olmadığını iddia edib.

O, özünü ciddi aşıq sənətinin davamçısı hesab edib:

"Məni şou-biznesə aid edəndə xoşuma gəlmir, çünki mən şou adamı deyiləm. Aşıq sənəti ciddi sənətdir və sambalı var. Sazı şouya çevirmək olmaz, ayıbdır. İstəmirəm məni şou-biznes nümayəndəsi kimi qələmə versinlər və tanısınlar. Mən ciddi sənətlə məşğulam və bununla da fəxr edirəm.

Publika.az xəbər verir ki, aşıq bu sözləri "Space” də yayımlanan “Gör, kim gəldi” verilişində söyləyib.

Qeyd edək ki, Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin rejissoru Xamis Xanlaroğludur.

İnformasiya dəstəyi Publika.az-a aid olan veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm