Şəkidən gələn nağara səsi - VİDEO
Bizi izləyin

Magazin1

Şəkidən gələn nağara səsi - VİDEO

Bir çox festivallara ev sahibliyi edən Şəkinin küçələrində bu dəfə nağara səsi əks-səda doğurub.

Publika.az Region.TV-yə istinadən xəbər verir ki, şəhərdə bu gün “Beynəlxalq zərb alətləri festivalı” start götürüb. “Nakam” adına kitabxananın qarşısından başlayan “Ritm yürüşü” minlərlə sakinin müşayiəti ilə davam edib. Əllərində bayraq tutan yürüşçülər “Natiq” ritm qrupu və həvəskar nağaraçıların ifaları altında M.F. Axundzadə prospekti boyunca hərəkət ediblər.

Festivalda nağaraçıların müxtəlif istiqamətlərdən yürüşə qoşulması xüsusilə maraqla qarşılanıb. Yüksək performans göstərən nağaraçılar uzun yolu qısa vaxt ərzində qət etməklə Yaşıl teatrın arenasına daxil olub. Bununla da yürüş başa çatıb və “Beynəlxalq zərb alətləri festivalı”nın açılış konserti başlayıb.

Həyatının ən böyük arzusunu reallaşdırdığını deyən "Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinov bu festivalın onun karyerasında müstəsna əhəmiyyətə malik olacağını bildirib. Onun sözlərinə görə, festivallar şəhəri kimi tanınan Şəkiyə ritm festivalı da öz töhfəsini verəcək.

Qafqazın ən böyük nağarasının sədaları altında festival açıq elan olunub.

Festivalda Özbəkistan, İran, Türkiyə də təmsil olunub. Belə ki, Özbəkistanı “Abbos” qrupu, İranı "Lian" qrupu, Türkiyəni isə "İstanbul Harem" qrupu təmsil edib.

Qafqazda ilk dəfə təşkil edilən tədbir “İlk zərbə bizdən gələcək” şüarı altında reallaşdırılıb və avqustun 26-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm