Yumruq davası, polis maşınında aparılan Ramiz Novruz – “Azdrama”da baş verənlərin ŞOK TƏFƏRRÜATI
Bizi izləyin

Magazin1

Yumruq davası, polis maşınında aparılan Ramiz Novruz – “Azdrama”da baş verənlərin ŞOK TƏFƏRRÜATI

Akademik Milli Dram Teatrında iki xalq artisti - Ramiz Novruzla Ramiz Məlik arasında baş verən qarşıdurma hüquq müstəvisinə keçib. Belə ki, mübahisə nəticəsində əsəblərinə hakim ola bilməyən Ramiz Novruzun Ramiz Məliki yumruqlaması qalmaqalı böyüdüb və işə polis qarışıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, dava teatrın həyətində düşüb. Buna isə Ramiz Novruzun bir müddət öncə “Yuğ” Teatrının direktoru Gümrah Ömərin müdafiəsinə qalxması və “Azdrama”nın aktyorlarını mətbuatda faşist adlandırması səbəb olub. Belə ki, Ramiz Məlik Ramiz Novruzdan bu addımının səbəbini soruşub və bu, ikincini qəzəbləndirib. Əsəblərinə hakim ola bilməyən R.Novruz ona ünvanlanan suala yumruqla cavab verib.

Əldə etdiyimiz xəbərə görə, hadisə şahidləri ifadə vermək üçün bu gün 27-ci Polis Bölməsinə çağrılıblar. Lakin onların bir neçəsi polisin bu çağırışını icra etməkdə tərəddüd edir. Onların sonradan Ramiz Noruzla üz-göz olacaqlarından, eləcə də, İsrafil israfilovun təpgisindən ehtiyatlandıqları deyilir.

Yeri gəlmişkən, qeyd edək ki, teatrın baş direktoru İsrafil İsrafilov hazırda Azərbaycanda yoxdur. Buna baxmayaraq, onun məsələdən xəbəri var. Məlumatlı mənbənin sözlərinə görə, o, qayıdanda Ramiz Novruzun dərsini verəcəyini bildirib.

Məsələ ilə bağlı xalq artisti Ramiz Məliklə əlaqə saxladıq. Məlumatımızı təsdiqləyən Ramiz Məlik bu barədə danışmaq istəməyib. Ramiz Novruzun Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparıldığını deyən xalq artisti bundan artıq heç nə deməyəcəyini söyləyib.

Bəs, barışıq ehtimalı varmı?Aktyorun cavabı konkret oldu. O, həmkarının hər kəs qarşısında ondan diz çökərək üzr istəməsini tələb edir.

Qeyd edək ki, bir müddət öncə “Yuğ” Teatrının rejissoru Gümrah Ömər “Azdrama”nın qocaman xalq artistlərini mətbuatda təhqir etmişdi. İsrafil İsrafilov onu xalq artistlərindən üzr istəməyə məcbur etsə də, həmin açıqlama ilə əsas qoyulan münaqişə səngimək bilmir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm