• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Habil Əliyev evə gələn kimi xanımından nə tələb etdi?

  • Magazin1
  • 24 Avqust 2015 15:15
  • 2 240 Baxış
Habil Əliyev evə gələn kimi xanımından nə tələb etdi?

Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindən birbaşa evə buraxılan xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində irəliləyişlər var. Sənətkar bu gün kələm dolması yeyib, zarafatlar edib.

Bu barədə Publika.az-a xalq artistinin qızı Vəfa xanım məlumat verib:

“Çox şükr Allaha, atam yenidən həyata qayıtdı, səhhətində xeyli irəliləyişlər var. O evə buraxılsa da, 24 saat həkim nəzarətindədir. Hazırda müalicəsi evdə davam edir. Mərkəzi Kliniki Xəstəxananın həkimi Səbinə xanım da hər gün gəlib baş çəkir. Bu gün onu otuzdurdu, bizə də tapşırdı ki, yavaş-yavaş yataqdan uzaqlaşdıraq. Zond çıxıralıb, atam normal qidalanır. Evə gələn kimi kələm dolması istədi, anam dərhal bişirdi, o qədər xoşuna gəldi ki, əlavə də qoyub yedi. Bilirsiniz ki, atam çox zarafatcıldır, yenə də bizimlə zarafatlar edir”.

Qızı onu da bildirib ki, atasının ciyərlərinin təmizlənməsi üçün ona ara-sıra kislarod verilir.

Qeyd edək ki, Habil Əliyevin səhhəti ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın birbaşa nəzarətindədir və hər gün sənətkarla bağlı onlara məlumat verilir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR