Nadirin yeni “Maral”ı - VİDEO
Bizi izləyin

Magazin1

Nadirin yeni “Maral”ı - VİDEO

Müğənni Nadir Qafarzadə “Ay maral” adlı mahnı ifa edib.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, təqdim etdiyi “Ay maral” adlı mahnı bir neçə il öncə ifa etdiyi “Maral”ın ikinci hissəsidir:

“2013-ci ildə ifa etdiyim “Maral” mahnısına görə çox müzakirə olundum. Mahnını bəyənənlər çox olsa da, tənqid edənlər də oldu. Buna baxmayaraq, “Maral” “Youtube” şəbəkəsində ən çox dinlənilənlər siyahısına düşdü. Əminliklə söyləyə bilərəm ki, bu günə qədər də mahnı mənim ifamda sevilir. Hətta mahnının baxış sayı milyonu keçib. Bu da bir ifaçı kimi məni sevindirir. Həmin mahnıdan sonra bir çox pərəstişkarlarım soruşurdular ki, “Maral”ın ardı gəlməyəcək? Məhz sevənlərimin istəyini nəzərə alıb “Ay maral” mahnısını yazdırdım”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm