"Direktor" olan Nadir Qafarzadəyə yalançı dedilər: müğənni susdu - QALMAQAL
Bizi izləyin

Magazin1

"Direktor" olan Nadir Qafarzadəyə yalançı dedilər: müğənni susdu - QALMAQAL

Müğənni Nadir Qafarzadənin ona vəzifə verilməsi ilə bağlı açıqlaması təkzib edilib. Belə ki, Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov Aznews.az-a açıqlamasında Nadir Qafarzadənin onlara müraciət etdiyini, amma müsbət cavab almadığını bildirib.

Müğənni özü isə susur. Belə ki, baş verənlərlə bağlı müğənninin fikrini öyrənmək cəhdlərimiz boşa çıxıb.

Publika.az-ın özünün əldə etdiyi məlumata görə isə, müğənni Nadir Qafarzadə ilə vəzifə sövdələşməsi olub. Nadirin vəzifəyə gətirilməsi ilə bağlı şifahi razılıq əldə olunsa da, xəbərin mətbuata çıxması qərar dəyişikliyinə səbəb olub.

Qeyd edək ki, Nadir Qafarzadə Publika.az-a açıqlama verərək Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayına direktor təyin olunduğunu, hətta işə də çıxdığını demişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm