Azərbaycanlı müğənninin başına iş açdılar-VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənninin başına iş açdılar-VİDEO

Müğənni Niyam Salaminin mahnısını “Youtube”dan siliblər.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, bir neçə gün öncə təqdim etdiyi “Gum gum” adlı klip gözlənilmədən “Youtube” şəbəkəsindən yoxa çıxıb:

“Harada pis iş var, məni tapar. Başıma iş gəlib. Belə ki, rejissor Nail Naiboğluna müraciət etdim ki, türkiyəli müğənni Ayşə Hatun Ünalın ifa etdiyi “Gum gum” mahnısına klip çəksin. O, da çəkdi. Klipi “Youtube”a yüklədikdən sonra Ayşə Ünalın sosial şəbəkədəki səhifəsinə göndərib. Türkiyəli müğənninin çalışdığı prodakşn da bizim bu mahnıya klip çəkdirdiyimizdən xəbərdar olub və ekran işini “Youtube”dan sildirib. Mən də məcbur olub klipi yenidən yerləşdirdim. Onu da deyim ki, mənim bu sənətdə yolumu bağlamaq istəyən həmkarlarım var. Allah hər şeyi görür. Mən öz işimdəyəm. Şou-biznesdə heç kimə paxıllıq etmirəm. Paxıl insanlar heç zaman artmaz”.

N.Salami yeni klip çəkdirdiyini də deyib:

“Bu yay istirahətin nə olduğunu bilmədim. Yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. İndi də söz və musiqisi həmkarım Fidan Süleymanovaya məxsus “Qonağam yaşadığım şəhərdə” adlı bəstəyə klip çəkdirirəm. Ekran işi çox fərqli olacaq. Gözləməyə dəyər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm