Türkiyə və Tatlısəsi səsi ilə heyran qoyan azərbaycanlı - VIDEO
Bizi izləyin

Magazin1

Türkiyə və Tatlısəsi səsi ilə heyran qoyan azərbaycanlı - VIDEO

Daha bir azərbaycanlı Türkiyədə səs yarışına qatılıb.

Publika.az xəbər verir ki, azərbaycanlı müğənni Rəşad Altınsəs "Rising Star Türkiyə" yarışmasında iştirak edib. O, tanıtım çarxında türkiyəli müğənni İbrahim Tatlısəsin heyranı olduğunu bildirib. Daha sonra səhnəyə çıxan Rəşad İbrahim Tatlısəsin repertuarından "Ben insan deyil miyim?" (“Mən insan deyiləmmi”) mahnısını ifa edib. Rəşad yarışın münsifləri olan Mustafa Sandal, Gülbən Ərgən, Demet Akalının rəğbətini qazanıb. İfası ilə bütün tamaşaçıları coşduran həmyerlimizi münsiflər ayaqüstə alqışlayıb. İbrahim Tatlısəs isə canlı yayımda Demet Akalına zəng edərək Rəşada uğurlar arzu edib. Rəşad isə İbrahim Tatlısəsin şəfərinə növbəti mahnısını ifa edib.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm