Moskvadan qətl sifarişi alan azərbaycanlı məşhur - FOTOLAR
Bizi izləyin

Magazin1

Moskvadan qətl sifarişi alan azərbaycanlı məşhur - FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi qurultaylardan birində söz alıb çıxış edərkən belə demişdi: “Əziz həmkarlar, bir vaxt gələcək mən bu həyatdan köçəcəyəm. Məndən sonra yaxşıları da olacaq, zəifləri də. Lakin Tofiq Tağızadədən heç vaxt olmayacaq…”

Çoxları xaraktercə zarafatcıl olan rejissorun bu sözlərini növbəti zarafat kimi qəbul etdi, amma o həqiqəti deyirdi. Necə demişdisə, elə də oldu.

Onun filmləri Azərbaycan kinosunun bütöv bir mərhələsini təşkil edir - “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, "Flaminqo - qızıl qazdır", “Dədə-Qorqud”, “Narlıq”, “Babamın babasının babası”, “Bağ mövsümü”...

Bu filmlərsiz milli kinomuzu təsəvvür etmək mümkünsüzdür. Həmin filmlərin müəllifi, milli kinomuzun əvəzolunmaz rejissoru Tofiq Tağızadənin bu gün xatirə günüdür.

Xalq artisti Rafiq Əzimov rejissorla bağlı xatirələrini Publika.az-la bölüşüb:

“Tofiq Tağızadəsiz milli kinomuzu təsəvvür etmək çətindir. Onun çəkdiyi filmlərin hər biri şedevr sayıla bilər. Tofiq müəllim filmlərində mükəmməl aktyor ansamblından istifadə edirdi. Çünki mükəmməl sənətkar idi və hamı bilirdi ki, filmin uğuru həm də onun uğurlu aktyor seçimi ilə bağlıdır. Həddən artıq tələbkar və dürüst insan idi. Onun fikrini dəyişdirmək mümkün deyildi. Məsələn, “Yeddi oğul istərəm” filmi o vaxt Moskvada birmənalı qarşılanmadı. Hətta bir epizodu dəyişməsini tələb etdilər. Həmin tələbə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Amma Tofiq müəllim qəti şəkildə bildirdi ki, imkan verməyəcəyəm ki, onu güllələsinlər. Dedi ki, Azərbaycanda bəylər həmişə hörmət-izzət sahibi olublar, buna görə də Gəray bəy gədə-güdə əlində ölə bilməz. Məcbur olub onunla razılaşdılar”.

Rafiq Əzimov Tofiq Tağızadəni bir insan olaraq da xarakterizə etdi:

“Tofiq müəllim ailəsinə bağlı insan, gözəl ata və həyat yoldaşı idi. Köhnə kişilərdən idi və özünə hörmət edirdi. O insan kino üçün doğulmuşdu və kinonu canı-qanı qədər sevirdi. Arzuları çox idi. Yeni filmlər çəkmək arzusu ilə yaşayırdı, amma əcəl aman vermədi. Bu gün də o qəlbimizdə yaşayır, hər filminə baxanda Tofiq müəllimi yad edirik. Belə insanların ömrü əbədi olur”.

Xatırladaq ki, 1919-cu il fevralın 7-də Bakıda anadan olan Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm