“Bozbaş”ın oğlanları “Axırıncı yol”da-FOTO
Bizi izləyin

Magazin1

“Bozbaş”ın oğlanları “Axırıncı yol”da-FOTO

“Bozbash Pictures” rəhbəri İlkin Həsəni vədinə əməl edərək “Ay Brilliant”ın ardınca yeni filminin çəkilişlərinə başlayıb.

Publika.az açıqlama verən Həsəni çəkiliş üçün artıq İsmayıllıda olduqlarını deyib. Onun sözlərinə görə, filmin çəkilişləri paytaxtda, bölgələrdə və xarici ölkələrin birində aparılacaq.

Həsəni növbəti filmdə yeni heyətlə çalışdıqlarını və tamaşaçının arzuladığı ekran işi ilə onları sevindirəcəklərini bildirib.

“Axırıncı yol” adlanacaq filmin quruluşçu rejissoru Emil Abdullayev, quruluşçu operatoru Rəşad Qarayev, prodüseri isə İlkin Həsənidir.

Fmlmin ssenari müəllifləri isə Ənvər Abbasov, Samid Ağayev və İlkin Həsəni özüdür.

Onu da öyrəndik ki, filmin aktyor heyəti “Ay Brilliant”da iştirak edənlərdir. Yeni filmə əlavə aktyorlar da cəlb olunub. Lakin yaradıcı heyət dəyişib.

Xatırladaq ki, birinci filmin rejissoru Kənan M.M-dir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm