Xalq artistindən ETİRAF: “Həyəcandan dilim-dodağım əsir”
Bizi izləyin

Magazin1

Xalq artistindən ETİRAF: “Həyəcandan dilim-dodağım əsir”

“Aktyor hansı yaşda olmasına baxmayaraq, hər dəfə səhnəyə çıxanda həyəcan hissi keçirir”.

Publika.az-a danışan aktyor, xalq artisti Əjdər Həmidov bu gün də səhnəyə çıxanda həyəcandan dil-dodağının əsdiyini etiraf edib:

“Yadımdadır ki, səhnəyə yeni çıxdığım vaxtlarda çox həyəcanlanırdım. Düşünürdüm ki, bu səhnədə bir vaxtlar böyük sənətkarlarımız çıxış ediblər, onların ruhu hələ də bu divarlar arasında gəzir. İnana bilmirdim ki, mən də müqtədir aktyorların oynadağı səhnədə oynayıram. Amma gənclik illərim ötdü, yenə də həyəcanım azalmadı. On ildir “Hökmdar və qızı” tamaşasında oynayıram. Amma bu gün də həmin tamaşada çıxış edəndə həyəcandan dilim-dodağım əsir. Səhnəyə çıxandan təxminən on dəqiqə sonra bu həyəcandan qurtuluram”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm