Şou-biznesin cavan nənəsi: “Qayınanalıq eləmirəm” - FOTOLAR
Bizi izləyin

Magazin1

Şou-biznesin cavan nənəsi: “Qayınanalıq eləmirəm” - FOTOLAR

Çoxdan gözə dəyməyən Aşıq Zülfiyyə el məclislərinin birində kameramıza tuş gəlib.

Sənətçinin xeyli çəki atdığı da diqqətimizdən yayınmayıb.Publika.az-a danışan Aşıq Zülfiyyə istədiyi qədər də olmasa, nisbətən arıqladığını deyib:

“Hər kəs mənə arıqladığımı deyir, çox sevinirəm. Sözün düzü, xüsusi pəhriz saxlamamışam, heç idmanla da məşğul deyiləm. Yay fəsli olduğundan yeməyimi bir qədər azaltmışam”.

Bu günlərdə nənə olan sənətçi gəlinindən də danışıb:

“Qayınanalıq eləmirəm, çünki gəlinim yaxşı gəlindir. Bir ovladım olduğu üçün bərabər yaşayırıq. Nənə olmağın ləzzəti ayrıdır. Cavan nənəyəm, bundan gözəl nə ola bilər?”

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm