• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanlı məşhuru heç kim belə görməyib – FOTOLAR

  • Magazin1
  • 31 Avqust 2015 12:00
  • 2 491 Baxış
Azərbaycanlı məşhuru heç kim belə görməyib – FOTOLAR

Şanson mahnıların mahir ifaçısı Eyyub Yaqubovun mediaya məlum olmayan görüntüləri üzə çıxıb.

ANS PRESS-in əldə etdiyi fotolarla populyar müğənninin uşaqlıq və gənclik illərinə səyahət etmək olar.

Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3№-li musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur. Eyyubun ilk arzusu musiqiçi olmaq idi. O heç zaman təsəvvürünə belə gətirə bilməzdi ki, nə zamansa gələcəkdə müğənni olacaq.





Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu kimi fəaliyyət göstərib. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.



Hələ məktəbli olaraq, 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikirdən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərara qəlir.




Erkən yaşlarından dost-tanış arsında tez-tez müğənnilik edərək o, zaman ötdükcə bu incəsənət növünün incəliklərinə yiyələnirdi. Bu insan xüsusilə köhnə Bakının küçə mahnılarının vurğunu idi. Mahnı oxumaq həvəsi heç də maddi maraq güdməkdən irəli gəlmirdi. Eyni zamanda, təmiz ürəkdən gələn bu arzu onu biraz da ruhlandırdı. Özünün dediyinə görə o, "blatnoy" mahnılar oxumağa başladı. Zamanın tələbləri ilə addımlayaraq, restoranlada oxumağa başladı.




Öz ifa tərzini məşhurluq kimi qiymətləndirən pianoçu-müğənni Eyyub Yaqubov, bu sənətə musiqiyə olan həvəs və dostlarının səyi nəticəsində gəlib. Onun yaradıcılığına ilham duyğuları və məhəbbət həyacanları da güclü təsir edib.



1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kasset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə - "Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". 3 mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR