"Kurtlar vadisi"nin aktyoru Rəqsanənin qızını seçdi - FOTOLAR
Bizi izləyin

Magazin1

"Kurtlar vadisi"nin aktyoru Rəqsanənin qızını seçdi - FOTOLAR

Azərbaycanda “Bir ovuc sonsuzluq” adlı yeni filmin çəkilişlərinə başlanacaq. Filmdə yerli aktyorlarla yanaşı Türkiyənin məşhur oyunçuları da rol alacaq.

Filmdə iştirak edən məşhur "Kurtlar vadisi" serialında çəkilən aktyor Selçuq Özər Bakıya gəlib,mətbuat konfransında iştirak edib.

Filmdə müğənni Rəqsanənin qızı Aysun da rol alıb.

Ölkəmizdə yeni fəaliyyətə başlamış “Cineba film” şirkətinin istehsalı olacaq filmin rejissorları Battal Qazi Karabulak və Murad Abdullayevdir.

Publika.az xəbər verir ki, yaradıcı heyət filmlə bağlı “Park Bulvar”da mətbuat konfransı keçirib.

Qeyd olunub ki, “Cineba film” şirkəti Qazi Battal Karabulağın Cevdet Lordoğlu ilə birgə Türkiyədə qurduğu film şirkətidir. Şirkət Azərbaycanda filmlər və seriallar istehsal edək.

“Bir ovuc sonsuzluq” şirkətin ilk filmi olacaq və ardınca seriallar, filmlər çəkiləcək.

Onu da öyrəndik ki, çəkilən filmlər tək Azərbaycanda deyil, Türkiyənin də kinoteatrlarında nümayiş oulnacaq.

“Bir ovuc torpaq” filminə gəlincə, əsas kadrlar İsmayıllının İvanovka və Xınalıq kəndlərində aparılacaq.

Çəkilişlərə sentyabrın ilk ongünlüyündə start veriləcək.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm