Azərbaycanlı müğənninin klipi Türkiyədə yayımlanacaq - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənninin klipi Türkiyədə yayımlanacaq - VİDEO/FOTOLAR

Müğənni Vüsalə Rəcova “Ben kaptan” mahnısına çəkilən klipini təqim edib.

Publika.az-ın məlumatına görə, klipə rejissorluğu televiziya təcrübəsi olan müğənni özü edib. Pavilyonda və yaxtada ekranlaşdırılan klip və mahnı dinamik əhval-ruhiyyədədir.

Müğənni klipin Türkiyə telekanallarında da nümayişini nəzərdə tutub.

Xatırladaq ki, sözləri Ayşə Birgül Yılmaza, musiqisi və aranjemanı Rasim Məmmədova məxsus “Ben kaptan”ı operator Bəhruz Əliyev lentə köçürüb. Klipin prodüseri Səbinə Əliyevadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm