Qənirə Ataşova qayınanasından nələr yazdı
Bizi izləyin

Magazin1

Qənirə Ataşova qayınanasından nələr yazdı

ANS telekanalının əsas xəbər aparıcısı Qənirə Ataşova sosial şəbəkədə qayınanası ilə bağlı ürəyindən keçənlərin hamısını sətirlərə düzüb.

Publika.az xəbər verir ki, “Qayınanadan ana olurmu?” sualını statusunun sərlövhəsinə çıxaran aparıcı paylaşdığı mətndə elə həmin suala cavab axtarıb. Gənc yaşında doğma anasının dünyadan köçməsindən, qayınanasını baldızına qısqanmasından, uşaqlarına görə sözlərinin çəpləşməsindən, bir sözlə, qayınanası ilə ilk tanışlığından başlamış ta bu günə qədər olanları xatırlayıb:

“Yaxşı insan olduğunu anamı itirdiyimiz gecə gördüm. Bizi tək buraxmadın. Dəfndən sonra ilk gecə yatmaq olmur. Sən isə səhərə kimi anamızın cənnətdə olduğunu deyib bizi ovutmağa çalışdın. Açıq deyirəm, səni tək qızına qısqandım. Bu da görünür, anamı itirəndən sonra ana-balaların söhbətini görmək istəməməyimdən irəli gəlirdi. Anasını 23 yaşında itirənlər məni başa düşər. Bu dönəm keçici olur. Özümü tərbiyə etməyi bacardım. Sonra anladım ki, qızın da səni mənə qısqanır. İlk uğurun bizim aramızı düzəltməyin oldu. Necə düzəltdinsə, illər sonra da aramızdan kicik inciklik belə keçmədi”.

Teleaparıcı qayınanasından öyrəndiklərini də etiraf edib:

“İradəni isə övladın agır xəstəliklə carpışanda gördüm. Gözündən bir damla da yaş axıtmadan “inanıram, o sağalacaq” deməklə..... Onu sağaltdın. Sənin sayəndə mən də təcrübə toplayırdım. İşdən yorğun gələndə isə qarşıma isti yeməyi də sən qoydun”.

Teleaparıcı qayınanasına “ana” dediyinə görə utandığını da dilə gətirib:

“Sonradan isə mənə analıq etdin, hətta sənə ana deməyimi istədin. Ox yaydan 2005-ci ildə çıxdığı üçün bunu edə bilmədim. Bəzən isə bir-birimizə o qədər yaxın olduq ki, çaşıb rəhmətlik anamı çağırdığım kimi sənə, sadəcə, "Ma" deyə müraciət etmələrim də oldu. Səhvimi isə tez düzəldər "Ma" dediyim ucun utanırdım. Mamamdan sonra işlətmədiyim "Ma" kəlməsi necə ola bilər ki, illər sonra ağzimdan cixib? Bu suala hələ də cavab tapa bilmirəm”.

Uşaqlarına görə, bəzən qayınanası ilə sözü çəpləşən gəlin üzrxahlıq edib:

Bizi birləşdirən Fərhad və Ceyhun isə məndən çox səni sevdilər. Açıq deyirəm, zarafatlarıma baxma, heç zaman onların sevgisini sənə qısqanmadım. Səhvlərini məndən gizlədəndə isə sənə hirslənər və təkrarlanmayacağına dair səndən söz alardım, sən isə əməl etməzdin. Mən də tapmaq üzrə mütəxəsis olduğumdan usaqlarla bağlı gizlətdiklərini ortaya çıxarardım. Ən ağır sözün, "Nənə olarsan, məni başa düərsən" oldu. Mənim ən çox işlətdiyim kəlmələrdən biri də “Məhruyyə xala” oldu. Bu sözü o qədər çox işlətmişəm ki, hətta iclasın ən qızğın yerində rəhbərlərimə “Məhruyyə xala” deyə müraciət etmələrim olub. Bu o qədər çox olub ki, iş yerimdə xoş xatirəyə də çevirilib. Bu gün sənin 69 yaşın olur. Bizim yollarımız indi ayrılıb. Hətta bir birimizə yad olsaq da, sən mənim üçün bu dünyanın ən gözəl insanısan.Sən gözəl qadınsan”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm