Onu görmək üçün hamı ora axışacaq
Bizi izləyin

Magazin1

Onu görmək üçün hamı ora axışacaq

Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabrın 14-də Gəncədə keçiriləcək. Təntənəli mərasimi görmək üçün həmin gün hamı ora axışacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a bildirilib ki, Gəncə Dövlət Dram və Gəncə Dövlət Kukla teatrlarının da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimə rəsmi şəxslər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət göstərən teatrların rəhbərləri qatılacaqlar.

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq.

Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm