Günay İbrahimli keçmiş prodüseri ilə prinsip aparır
Bizi izləyin

Magazin1

Günay İbrahimli keçmiş prodüseri ilə prinsip aparır

Ötən gün paytaxt Bakıda kifayət qədər məşhur olan iş adamının qızının xeyir işi baş tutub. Mərasim sona qədər möhtəşəm davam etsə də, sonda qan qaraçılıq olub. Buna səbəb isə müğənni Günay İbrahimli olub.

Xeyir işdə olan Publika.az-ın əməkdaşı hər şeyə gözü ilə şahidlik edib.

Tədbirin təşkilatçısı isə prodüser Tamilla olub. Tədbirdə özünü soyuqqanlı aparmağa çalışan prodüserin əsəbi olduğu dərhal hiss olunub. Açıqlama verməkdən imtina edən Tamilla xanım, bu haqda danışmaq istəmədiyini bildirib.

"Xahiş edirəm, mənə belə suallar verməyin. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm".

Lakin ev sahibi ilə söhbət zamanı məlum olub ki, narazılığa səbəb əvvəlcədən razılığı alınan müğənni Günay İbrahimlinin mərasimdə iştirak etməkdən imtina etməsi olub.

"Ötən gün bilmişik ki, Günay İbrahimli bu gün xeyir işimizə gəlməyəcək. Halbu ki, bir neçə aydır hər şeyi danışmışıq və hər kəsin razılığını almışıq. Xırdalığına kimi hər şey düşünülmüş formada keçib. Sadəcə Günay İbrahimli gəlib çıxmadı. Məlum olub ki, əvvəlcə işlədiyi prodüser ilə yollarını ayıram Günay prinsip aparıb və heç bir əsası olmadan xeyir işə gəlməkdən imtina edib. Onun kiminlə küsülü olması bizi maraqlandırmır. Prinsipi iş zamanı aparmazlar. Özü də xeyir işdə. Eybi yox, Günay olmadı əvəzinə Gülay oldu. Günaysız da xeyir işimiz əla oldu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm