
Azərbaycanın xalq artisti İlham Əsgərov, sentyabrın 6-da axşam saatlarında vəfat edib.
Bu barədə Trend-ə "Zaman adlı qatar" filminin rejissoru Kənan Musayev deyib. Aktyor sözügedən filmdə özünün sonuncu rolunu oynayıb.
İlham Əsgərov 3 sentyabr 1958-ci il tarixində anadan olub. 1983-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
2010-cu ildə aktyor beyin insultu keçirib, amma buna baxmayaraq, səhnəyə qayıdıb. Keçən ilin dekabr ayında İlham Əsgərov yenidən beyin insultu keçirib. Aktyor həmçinin şəkər xəstəliyindən əziyyət çəkib.
ALLAH rəhmət eləsin!