Ulvira Qarayeva şou-biznes ilə vidalaşdı...
Bizi izləyin

Magazin1

Ulvira Qarayeva şou-biznes ilə vidalaşdı...

Telejurnalist Ulvira Qarayeva növbəti televiziya mövsümünə yeni verilişlə başlayıb.

Publika.az xəbər verir ki, Ulvira Qarayeva bu barədə ANS telekanalına açıqlamasında bildirib:

“Yeni verilişim “Beş barmaq” adlanır. Sırf sosial, qismən isə siyasi xarakterli veriliş olacaq. Şou-biznes ilə qətiyyən əlaqəsi yoxdur”.

U.Qarayeva verilişin adının Mirşahinin ixtirası olduğunu da deyib. Onun sözlərinə görə, bu adın əlaqəli olduğu bir sıra məsəllər var:

“Məsələn, “Beş barmağın beşi də bir deyil”, “Barmaqlarımın beşini də şam etsəm, deyəcək qaranlıqdır”, “Mən səni beş barmağım kimi tanıyıram” və s. Komandam da peşəkarlardan ibarətdir. Layihənin rəhbəri isə Eldəniz Elgündür. Veriliş “Yaradan” prodakşının məhsuludur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm