Bakı Uşaq Teatrında hazırlıqlar başladı
Bizi izləyin

Magazin1

Bakı Uşaq Teatrında hazırlıqlar başladı

Bakı Uşaq Teatrında qızğın hazırlıqlar gedir.

Publika.az xəbər verir ki, bu günlərdə 14-cü teatr mövsümünə hazırlaşan teatr kollektivinin sevincinə festival həyəcanı da qarışıb.

Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın sözlərinə görə, yanvar ayında İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına ciddi hazırlaşırlar:

“Bundan əlavə, sentyabrın 26-da mövsümün açılışına start verəcəyik. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında eyniadlı tamaşa nümayiş olunacaq”.

Teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.

Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacağı planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm