Humay Muxtarovanın ad günündən FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Humay Muxtarovanın ad günündən FOTOLAR/VİDEO

Dünən prodüser Humay Muxtarova özünə təmtəraqlı doğum günü mərasimi keçirib.

Publika.az xəbər verir ki, çoxsaylı dostlarının iştirakı ilə keçirilən tədbirdə prodüser göz qamaşdırıb.

Tədbirdə ilk sözü elə səbəbkar özü deyib. O, doğum günündə ancaq dostlarının əhatəsində olduğunu vurğulayıb:

“Bu gün bura gələn bütün dostlarıma təşəkkür edirəm. Yanımda olan hər kəs dostlarımdır. Münasibətim olmayan heç kəsi özəl günümə dəvət etməmişəm. Gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm”.

Sonra dostları porodüserlə bağlı rəngarəng arzularını səsləndiriblər. H.Muxtarovanın ən yaxın dostlarından olduğu bildirilən “Bakı-2015” Avropa Oyunlarının bürünc medalçısı Niyazi Əliyev də tədbirin fəal iştirakçılarından olub. İdmançını xüsusi təqdim edən prodüser bəzi məsələlərə də aydınlıq gətirib:

“Niyazi mənə qardaş kimidir. Biz həmkəndliyik. Amma təəssüf olsun ki, bizim dostluğumuzu bəzi saytlar ayrı yerə yozdu. Mənim ailəm Niyazinin ailəsi ilə illərdir tanışdır. Özünü isə lap uşaqlıqdan tanıyıram. Xahiş edirəm ki, bir də belə şeyləri aydınlaşdırmadan yazmayın”.

Niyazi Əliyev isə səbəbkarı təbrik edərək ona can sağlığı və işlərində uğurlar arzu edib.

Qeyd edək ki, səbəbkarı təbrik etməyə gələnlər arasında prodüser Tolik, müğənnilər Sevinc Ağaşirinova, Əbdül Xalid, “Şarm” qrupu, Sevil və Sevinc bacıları, Nurlan Təhməzli, idmançılar Niyazi Əliyev, Anar Süleymanov və digərləri iştirak edib.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm