DJ Çinanın toyudur
Bizi izləyin

Magazin1

DJ Çinanın toyudur

Tezliklə DJ Çina kimi tanınan Çingiz Mustafayevin toyu olacaq.

Publika.az xəbər verir ki, bu gün ANS telekanalında qonaq olan DJ və onun anası bu barədə məlumat verib. Zöhrə xanım oğluna məhərrəmlikdən sonra toy etməyi düşündüyünü deyib:

“Mənim ondan başqa heç kimim yoxdur. Oğluma özümün gözüm dəydi. Həmişə deyirdim ki, Allah hamıya Çingiz kimi övlad versin. Oğlum əsəbidir. Avtomobil qəzasından sonra stress keçirib. Bir az özünə gəlsin, məhərrəmlikdən sonra toyunu etməyi düşünürük”.

Bir neçə gün əvvəl avtomobil qəzası keçirən Çina bu barədə danışarkən həmkarlarından birinin biganəliyinə də toxunub:

“Qəza vaxtı bütün DJ-lərdən kömək gördüm. Hamı mənə yardım etdi. Sadəcə, qonşu kanallardan birində çalışan, adını çəkmək istəmədiyim həmkarımdan başqa. Ona nə həmkar, nə də rəqib deyə bilərəm. Qəza gecə saat 4-də “Sahil” metrostansiyasının yaxınlığında olmuşdu. Qolumdan qan axırdı, halım pis idi. Həmin an o DJ gəlib kənardan baxdı, yaxın durmadı. O vəziyyətdə mənə kömək etmədi. İnsanlıq harda qalıb? Düşmən də o anda kömək edərdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm