• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Habil Əliyev həm də gözəl rəqqas idi... - VİDEO

  • Magazin1
  • 9 Sentyabr 2015 10:15
  • 1 227 Baxış
Habil Əliyev həm də gözəl rəqqas idi... - VİDEO

Çubuq nağarası və qara zurnanın müşayiəti altında milli rəqsi ifa edən bu şəxs məşhur kaman ustadı Habil Əliyevdir.

Axar.az xəbər verir ki, o dövrün yeganə görüntüsü olan bu kadrlar Habil Əliyevin müəyyən müddət rəqslə məşğul olduğunu təsdiqləyir. Xatirələrində cəmi bircə dəfə bu kadrları yada salan mərhum sənətkar rəqsin həyatında epizodik olduğunu bildirmişdi.

Qeyd edək ki, böyük sənətkar ötən gün, sentyabrın 8-də 88 yaşında dünyasını dəyişib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. 1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Tarzən Qurban Pirimov və Xan Şuşinskidən muğamın sirlərini öyrənib.

1964-cü ildə əməkdar artist, 1978-ci ildə xalq artisti adına layiq görülüb.

1954-cü ildə Şərqiyyə xanımla ailə həyatı qurub, üç qızı və bir oğlu var.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifi idi. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR