“Yeni eyvan, müasir səki” – Rusiya mətbuatı “Brilyant əl”in çəkildiyi Bakı küçələrindən yazdı – FOTOLAR
Bizi izləyin

Magazin1

“Yeni eyvan, müasir səki” – Rusiya mətbuatı “Brilyant əl”in çəkildiyi Bakı küçələrindən yazdı – FOTOLAR

Rusiyanın tanınmış saytlarından olan “fishki.net” məşhur “Brilyant əl” filminin Bakıda – İçərişəhərdə çəkildiyi küçədən fotoreportaj hazırlayıb.

Publika.az xəbər verir ki, sayt Leonid Qaydayın ekranlaşdırdığı əsərin bəzi hissələrinin lentə alındığı ərazini bloggerlərdən birinin dilindən təsvir edib:

“Bakıda gəzintiyə çıxan blogger “Brilyant əl” filminin məşhur epizodunun çəkildiyi küçədən keçərkən onun diqqətini bəzi dəyişikliklər cəlb edir: - filmin qəhrəmanı Yuri Nikulinin sürüyüb aparıldığı həyətin qapısı açıq idi. O, maraq naminə həyətə daxil olur və 1968-ci ildən indiyə kimi burada hansı dəyişikliklərin baş verdiyini öz gözləri ilə görmək istəyir”.

Və görür: “Burada yeni eyvan peyda olub. Habelə asfaltın əvəzinə yeni səki salınıb. O, bir qədər də irəli gedərək içəri daxil olur. İndiki reallıq fotolardakı kimidir. Yaşayış evinin adi, sovet dövrünü xatırladan qapısı...

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm