Lalə Məmmədovanın prodüseri ikinci dəfə hərbi xidmətə çağırıldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Lalə Məmmədovanın prodüseri ikinci dəfə hərbi xidmətə çağırıldı - FOTOLAR

Əməkdar artist Lalə Məmmədovanın prodüseri Nicat Həsənzadəyə əsgəri çağırış vərəqəsi gəlib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı müğənni özü sosial şəbəkədə yazıb:

“Artıq bir neçə gündür ki, mənim sevimli tələbəm, prodüserim, özümə kiçik qardaş saydığım və artıq ailəmizin bir üzvünə çevrilmiş Nicat Həsənzadə vətənə xidmətə çağırılıb. Onsuz mənə çox çətindir. Çəkilişlər, el şənlikləri, studiya çalışmaları… Ancaq prodüserimin məndən çox vətənə lazım olduğunu da dərk edirəm. Allahdan sağ-salamat qayıtmasını və işlərimin başında durmasını arzu edirəm. Allah bütün əsgərlərimizi qorusun. Amin!”.

Qeyd edək ki, ötən il hərbi xidmətini başa vuran Nicat Həsənzadə hazırda Milli Konservatoriyada magistrdir. Onun 23 yaşı var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm