Vəziyyəti ağırlaşan Zəlimxan Yaqub Almaniyaya gedəcək
Bizi izləyin

Magazin1

Vəziyyəti ağırlaşan Zəlimxan Yaqub Almaniyaya gedəcək

Dünən xəstəxanadan evə buraxılan xalq şairi Zəlimxan Yaqub müayinə üçün Almaniyaya gedəcək.

Bunu Publika.az-a açıqlamasında xalq şairi özü deyib:

“Hazırda evdə müalicəmi davam etdirirəm, amma oktyabrın 5-də müayinə olunmaq üçün yenidən Almaniyaya yola düşəcəyəm. Hələ ki ağrılarım yoxdur. Əsas odur ki, ruhum həmişə olduğu kimi diri və durudur. Cismani xəstəliyin ruhuma heç bir dəxli yoxdur”.

Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığından əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm