• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

58 yaşını qeyd edən Rüstəm Behrudi: “Əcəllə ölməyə doğulmamışam”

  • Magazin1
  • 12 Sentyabr 2015 11:36
  • 715 Baxış
58 yaşını qeyd edən Rüstəm Behrudi: “Əcəllə ölməyə doğulmamışam”

Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin…

Doğulandan ta bu günə qədər ölüm növbəsinə dayanan və sağ ikən özünə vida türküsü yazan Rüstəm Behrudinin bu gün doğum günüdür. Ruhunun neçə yaşı olduğunu deyə bilmərəm, amma cisminin dünyaya gəldiyi gündən düz 58 il ötür.

İblisə bənzəməsə də, həmişə iblisə təriflər yağdırır, “İblis mələkdən gözəldir” deyir, dar ağacı ilə salamlaşmaqdan həzz alır, əcəllə oynamaqdan yorulmur. Çünki əcəllə ölməyəcəyini gözəl bilir.

Bilməsəydi, deməzdi ki:

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Bilirəm ki, Rüstəm Behrudi zamana və məkana sığışmayan, Vaqif Bayatlının təbirincə desəm, Tanrının ətəklərində özünə məskən salan, bu dünyanın yolçuluğundan yorulmayan dərviş ruhlu şairlərdəndir. Biz deyirik ki, onun 58 yaşı tamam olur, amma onun doğuluşdan ta bu günə qədər Tanrıya doğru uzanan yolçuluğundan neçə il ötür, bunu bir özü bilir, bir Allahı…

Məndənsə demək qalır: Doğum gününüz mübarək olsun, Rüstəm Behrudi!

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR