İsveçrədə Azərbaycan muğamı
Bizi izləyin

Magazin1

İsveçrədə Azərbaycan muğamı

Sentyabrın 10-dan 13-dək İsveçrənin Arqau kantonunun mərkəzi Arau (Aarau) şəhərində “Xalq musiqisi Federal Bayram”ı keçirilib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə ölkəmizin iki muğam qrupu bayramda iştirak edib.

Səfirlikdən bildiriblər ki, sentyabrın 10-da - Federal Bayramın açılış günündə keçirilən konsertdə Azərbaycan muğamlarından və təsniflərindən parçalar ifa edilib.

Əsasən İsveçrədə yaşayan müxtəlif diasporların musiqi qruplarının iştirak etdiyi festivala Azərbaycan musiqiçiləri fəxri qonaq kimi qatılıblar.

Ölkəmizin ilk dəfə iştirak etdiyi bu mötəbər tədbirdə 300 musiqi kollektivi olmaqla 1500-ə yaxın musiqiçi iştirak edib.

1971-ci ildə əsası qoyulmuş bu bayram 3-4 ildən bir olmaqla İsveçrənin müxtəlif şəhərlərində keçirilir və fərqli mövzulara həsr olunur. Adından da göründüyü kimi, bu tədbir digər festivallardan fərqli olaraq bütün İsveçrənin bayramı hesab olunur. Builki - 12-ci Federal Bayramın əsas mövzusu İsveçrədə yaşayan xalqların etnik musiqisini ictimaiyyətə təqdim etmək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm