Azərbaycan “Eurovision-2016”ya qatılacaq - RƏSMİ
Bizi izləyin

Magazin1

Azərbaycan “Eurovision-2016”ya qatılacaq - RƏSMİ

Azərbaycan Stokholmda keçiriləcək "Eurovision-2016" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib. Xarici mətbuatın yaydığı xəbərə görə, Azərbaycanın milli yayım şirkəti - İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tezliklə gələn il ölkəni bu müsabiqədə təmsil edəcək nümayəndənin seçim mexanizmini elan etməlidir.

Publika.az-a açıqlama verən Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Qasımovİctimai Televiziya və Radio Yayımları Şirkəti gələn il İsveçdə keçiriləcək “Eurovision - 2016” mahnı müsabiqəsinə qatılacaq. Hazırda mahnı müsabiqəsinə hazırlıq işləri davam etdirilir və zamanı gələndə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən il Azərbaycanı bu müsabiqədə “Hour of the wolf” mahnısı ilə təmsil edən Elnur Hüseynov 12-ci olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm