Elzadan sərt cavab: "Şərəfsiz olmayacam" - VİDEO
Bizi izləyin

Magazin1

Elzadan sərt cavab: "Şərəfsiz olmayacam" - VİDEO

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanla bağlı Yazıçılar Birliyinə müraciət edib.

Publika.az-ın məlumatına görə, "Günə baxan" verilişində qonaq olan Elza Seyidcahan İlhamə Quliyevanın bu və digər məsələlərlə bağlı ittihamlarına cavab verməli olub. Belə ki, canlı yayımda İlhamə Quliyevanın əvvəlcədən götürülmüş müsahibəsi təqdim olunub. Həmin müsahibədə xalq artisti həmkarını ağ yuyub qara sərib:

“Elza Seyidcahan çox gözəl musiqiçidir. Ancaq çox pis müğənnidir. Müğənni deyil. Oxumağı bərbad, şairliyi fəlakətdir. Mən Yazıçılar İttifaqına müraciət etmişəm ki, onunla bağlı ölçü götürsünlər. O, çox tərbiyəsiz şeirlər yazır. Böyük bəstəkardan dərs alıb. Mahnı yazsın, versin gənc müğənnilər ifa etsin. Onun bütün qızıl dükanlarına, rayonlara borcu var. Ona zəng edib demişəm ki, ayıbdır, adımıza xələl gətirmə. O, millət vəkili ola bilməz. Dəqiqədə başımıza vurur ki, əməkdar artistəm. Bəs, mənim ödüllərim səndə olsa, nə edərsən, ay Elza? Dünya sülh səfiriyəm. Nə ixtiyarın var ki, mənim boyda sənətkar üçün belə sözlər deyirsən? Məndən icazəsiz adımı konsertində hallandırıb, pul qazanıb. Deyib ki, ayaqlarımı yuyub. Bəli, ayaqlarımı yumağı qəşəng bacarırsan. Dəfələrlə zəng edib ki, bacımla gəlib qulluğunuzda durum. Amma mən onu yaxına buraxmamışam. Birinci dəfə oğlunun toyuna getmişəm. O vaxt onu yaxşı tanımırdım. Amma sonradan oğlunun ikinci və qızının toyuna getməyim üçün yalvarıb. Getməmişəm. Ona görə ki, mən onu özümə yaxın buraxmıram. Mənim bu gün millət vəkili kimi hüquqlarım var. Mən dünya sülh səfiriyəm. Sən millət vəkillərinin heç ayağının tozu deyilsən. Dəlil-sübutlarım var. Gedirsən rayonlara, icra başçıları sənin əlindən gizlənir. Nə qədər pul istəmək olar? Hansı tədbirə gedirəmsə, bütün icra başçıları ondan şikayət edirlər. Deyirlər ki, bizi tapmayanda hücum çəkir bazara. Bakıdan gələndə maşını tık-tık edir. Qayıdanda isə maşınının altı yerə dəyir. Kartof, soğan, ət, hər şey yığır, daşıyır. Bunların hamısını çəkiblər. Məndə sübutlar var. Sən rayonlarda reketlik edirsən. Qəlyanı başına qoyub deyirsən ki, məşəldir. Sən başa düşürsən nə etmisən? Zaman hər şeyi göstərər. Bir də ki sən boynunun ardını görəndə millət vəkili olacaqsan. Bunu mən sənə deyirəm! Get, ağlını yığ başına. Abırsız geyinir. Çox abırsız. Başına qazan, aşsüzən geyinir. Hələ birinci oğlunun toyundan restorana borcu var. Hələ ardı da var. Guya mənə bahalı hədiyyələr bağışlayıb. Gözünün içinə kimi yalan danışır. İllərlə mənə yalvardı ki, duet oxuyaq. Mən də “Ağ çiçəyim” mahnısını ifa etdim. Çox böyük səhv etmişəm. Bunu etiraf edirəm. Sən kraliça olmaq istəyirsən? Mən sənə gözəl ad vermişəm. Kolxoz bazarlarının kraliçasısan. Sən millət vəkili olmayacaqsan! Bunu mən sənə deyirəm”.

Canlı yayımda qonaq olan Elza Seyidcahan soyuqqanlı olmağa çalışıb. O, etik qaydaları aşmamaq şərtilə qarşı tərəfə cavab verib.

“Paxıllığın əlləri qısala-qısala dili uzanır. Mənim yazığım gəlir ki, gör insan özünü nə günə qoyur. Elzanın problemləri varsa, bunlara görə Allah qarşısında mən cavab verəcəyəm. Deyir ki, hələ ardı var. Onu deyim ki, qocalar xəyallarla yaşayır, gənclər arzularla... Mənə dediyi bu sözlər hamısı onun həyat tərzidir. Əxalq hər şeyi əvəz edə bilər. Amma əxlaqın yerini heç nə əvəz edə bilməz. Gəlin, bizə verilən titullara layiq olaq. Mən əməkdar artist adına layiqəm. Mən “Şöhrət" ordeni adına qədər yaxınlaşacağam, amma "Şərəf" ordenli şərəfsiz olmayacağam. Mən Bəstəkarlar İttifaqının üzvüyəm, əməkdar artistəm”.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm